Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev NATO-nun baş katibi ilə görüşəcək

Prezident İlham Əliyev NATO-nun baş katibi ilə görüşəcək

256
0
SHARE

Dekabrın 13-də Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə gedib.

Səfər çərçivəsində bu gün NATO-nun mənzil qərargahında Prezident İlham Əliyevlə təşkilatın baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

Prezident İlham Əliyev NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasının iclasında iştirak edəcək. Görüş “NATO+Azərbaycan” formatında keçiriləcək.