Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycanla razılaşmalar regionun simasını dəyişə bilər – Nikol Paşinyan

Azərbaycanla razılaşmalar regionun simasını dəyişə bilər – Nikol Paşinyan

250
0
SHARE

Azərbaycan Prezidenti İlham Əliyev ilə dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmalar onların icrası zamanı regiondakı siyasi, iqtisadi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

Bundan əvvəl Paşinyan qeyd edib ki, Prezident İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Yeraşx – Culfa – Ordubad – Meğri – Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.