Home Biznes və iqtisadiyyat xəbərləri Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə fəal iş gedir – Rusiya baş...

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə fəal iş gedir – Rusiya baş nazirinin müavini

244
0
SHARE

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə fəal iş gedir.

Bunu bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıda “Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri” adlı konfrans zamanı deyib.

“Nəqliyyat əlaqələrinin açılması üzrə işlər davam edir. Avrasiya məkanından danışarkən beynəlxalq münasibətlər baxımından makroregiondan söhbət gedir. İndi regionlararası münasibətlərin möhkəmləndirilməsi üçün işlər görmək lazımdır” – deyə o bildirib.

A.Overçukun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı formalaşarkən bu struktura regional inteqrasiyaya meyilli olan ölkələr qoşuldu.

“Biz bu gün iqtisadi inteqrasiya yolu ilə addımlayırıq. Biz görürük ki, region vahid istehsal əməkdaşlığının qurulduğu makroregiona çevrilir. Avrasiya İqtisadi İttifaqı ölkələrinin ümumi ÜDM-i 1,3 trilyon dollar, üzv ölkələr arasında ticarət 55 milyard dollar təşkil edib. Yanvar-sentyabr aylarında ticarət 32,7 faiz artıb. Biz pandemiyayaqədərki göstəricilərə çatmışıq və təxminən 10 faiz üstələmişik. Biz öz sərhədlərimizdə sərhəd yoxlamasından başqa bütün yoxlamalardan imtina etmişik”, – A.Overçuk bildirib.

(Tərcümə: Orxan Nəbiyev)