İstərdik ki, Rusiya ilə Azərbaycan arasında sadələşdirilmiş giriş prosedurları olsun.
Bunu bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıda “Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri” adlı konfrans zamanı deyib.
“Hər iki ölkə həm də MDB-nin üzvüdür. Amma bu məsələ XİN-lərə ünvanlanmalı olan məsələdir. Əlbəttə, istərdik ki, bizim ölkələr arasında da sadələşdirilmiş prosedurlar olsun”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)