Home Biznes və iqtisadiyyat xəbərləri Tarixin sınaqlarından uğurla çıxan YAP xalqın partiyasına çevrilib FOTO

Tarixin sınaqlarından uğurla çıxan YAP xalqın partiyasına çevrilib FOTO

281
0
SHARE

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir

Dekabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Seyid Əzim Şirvani küçəsi 159 və Məhəmməd Hadi küçəsi 41A ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri dəyərləndirilib.

“İki sahil” xəbər verir ki, yığıncaqlarda Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir: “2003-cü ildə xalqın mütləq əksəriyyətinin dəstəyi  ilə Prezident seçilən İlham Əliyev müasir dövlət quruculuğunu daxili siyasətinin prioriteti elan etdi. Dövlət başçısı ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə məharətlə və əsaslı şəkildə uyğunlaşdıraraq, praktikada uğurla həyata keçirdi. Azərbaycanın bütün iqtisadi sistemi yenidən quruldu. Əlbəttə ki, bu işlərin təməlini  ulu öndər Heydər Əliyev qoyub.  Bu gün Azərbaycan xalqının Ali Baş Komandanı, Prezident İlham Əliyevə sevgisi, inamı sonsuzdur. Ölkənin iqtisadi inkişafı təkmil sosial siyasətlə müşiyət olunur. Hər addımda özünə diqqət və qayğının şahidi olan xalqın Prezident İlham Əliyevə sevgisi şərtsizdir.”

V.Rəhimzadə onu da vurğulayıb ki, ölkə  Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən, onu inamla gələcəyə doğru aparan, xalqın rəğbət bəslədiyi və ardınca getdiyi Liderdir, qalib Sərkərdədir: “Tarixi Zəfərimizdən  ötən bir ildə qalib  Azərbaycan diktə edən tərəf kimi  yeni reallıqlar yaradır. Kommunikasiyaların açılması və yeni əməkdaşlıq formatlarının yaradılması üçün səylər göstərilir.”

V.Rəhimzadə çıxışlarında qazanılmış uğurlarda Yeni Azərbaycan Partiyasının əhəmiyyətli payı olduğunu nəzərə çatdıraraq vurğulayıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin Sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində çoxsaylı tarixi əhəmiyyətli uğurlara imza atıb: “Partiya tarixin ciddi sınaqlarından uğurla çıxaraq bu illər ərzində inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək  xalqın partiyasına çevrilib. Partiyanın qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər xalq tərəfindən dəstəklənir. Sözlə əməlin birliyi partiyanı cəmiyyətin avanqard qüvvəsinə çevirib.”

Sonra hesabat-seçki yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Şəlalə Səfərova Məzahir Rüstəmov 29 ünvanda yerləşən ərazi partiya təşkilatının sədri, Şövqi Zeynalov sədr müavini, Asif Məcidov Seyid Əzim Şirvani küçəsi 159 ünvanında yerləşən  ərazi partiya təşkilatının sədri, Zivər Pənahova sədr müavini,  Həmidə Məmmədova Məhəmməd Hadi küçəsi 41A ünvanında yerləşən  ərazi partiya təşkilatının sədri, Venera Ələsgərova isə sədr müavini seçiliblər.

Qeyd edək ki, YAP Xətai rayon təşkilatının Seyid Əzim Şirvani küçəsi 159/2 ünvanında  yeni ərazi partiya təşkilatı yaradılıb. Şahin Qurbanov yeni yaradılan ərazi partiya təşkilatının  sədri,  Şəmsəddin Xudaverdiyev isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.