Home Biznes və iqtisadiyyat xəbərləri YAP Nizami rayon təşkilatında “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” mövzusunda konfrans...

YAP Nizami rayon təşkilatında “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” mövzusunda konfrans keçirilib

236
0
SHARE

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” mövzusunda konfrans keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin son 18 il ərzindəki fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Konfransda çıxış edən YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev və başqaları deyiblər ki, Azərbaycan xalqı ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi görür. Bildirilib ki, ötən müddət ərzində Ümummilli LiderHeydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini əməli işləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni dövrün, yeni eranın başlanğıcının əsasını qoyub. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyət yaxşılaşıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşması təmin edilib. Eyni zamanda, güclü və dayanıqlı iqtisadiyyat uğurla yaradılıb, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsi təmin edilib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və müzəffər Ordu yaradılıb. Məhz güclü ordu və ona komandanlıq edən, onu düzgün idarə edən, strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən Ali Baş Komandanın varlığı, həmçinin xalqın öz Liderinin ətrafınızda yumruq kimi birləşməsi Vətən müharibəsində ölkəmizin Qələbəsini təmin edib. Ona görə də Prezident İlham Əliyev müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpağımız olan Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, Sərkərdə kimi tarixdə qalacaq.

Çıxışlardan sonra tədbirin bədii hissəsi olub, bədii qiraətçi, partiya fəalı Pərvanə Talıbova “Səni sevir Azərbaycan” adlı şeiri səsləndirib, “Xarı bülbül” muğam qrupunun ifasında “Xudayar” təsnifi ifa edilib.

Tədbirin sonunda bir qrup qazi və partiya fəalı mükafatlandırılıb.