Home Biznes və iqtisadiyyat xəbərləri Tezliklə Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüş nəzərdə tutulub – Çavuşoğlu

Tezliklə Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüş nəzərdə tutulub – Çavuşoğlu

267
0
SHARE

Bəzi şirkətlərin İstanbul-Yerevan marşrutu ilə uçuşlarla bağlı müraciətləri olub, hazırda bu müraciətlərə baxılır, yaxın günlərdə uçuşlar başlayacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu malayziyalı həmkarı Seyfəddin Abdulla ilə mətbuat konfransı zamanı deyib.

“Regionun sabitliyi və təhlükəsizliyi üçün addımlar atılır. Ermənistanla atılan addımlar məhz bu istiqamətdədir. Artıq qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin olunub, tezliklə onların görüşü nəzərdə tutulub”, – deyə M.Çavuşoğlu deyib.

O əlavə edib ki, atılan bütün addımların hər biri Azərbaycanla müzakirə olunur.

“Bundan sonra da belə olacaq. Bizim arzumuz Cənubi Qafqazda sabitlik və sülhün bərqərar olmasıdır”, – nazir deyib.