Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə qlobal mübarizədə aparıcı rola sahibdir

Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə qlobal mübarizədə aparıcı rola sahibdir

191
0
SHARE

Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif təşəbbüslərlə çıxış edərək və bütün ölkə və xalqların vaksinasiyaya bərabər çıxış imkanlarının təmin olunmasının zəruriliyini vurğulayaraq dünyada COVID-19 pandemiyası ilə mübarizədə aparıcı rol oynayıb.

Bunu ISESCO-nun keçmiş baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.

“Bu humanist təşəbbüslər Prezident İlham Əliyevin dünyada bütün insanlara, xüsusilə də iqtisadi məhdudiyyətlərlə əlaqədar vaksinasiyaya çıxış əldə edə bilməyənlərə münasibətdə yüksək məsuliyyət hissini göstərir”, – deyə o bildirib.

Əl-Tüveycri, həmçinin Prezident İlham Əliyevin Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üzrə səylərini yüksək qiymətləndirib.

“Ermənistan daha konstruktiv mövqe tutsa, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlasa, eləcə də təcavüzkar və destruktiv siyasətindən əl çəksə, Cənubi Qafqaz ölkələri öz regionun çiçəklənən və inkişaf edən bölgəyə çevirəcək. Prezident İlham Əliyev hər zaman dialoq və əməkdaşlığa çağırıb və çağırır. Hazırkı şərtlər barışıq üçün və regionun üç ölkəsi arasında münasibətlərdə yeni səhifə açmaq üçün təməl yaradır. Əgər Ermənistan düşmənçilik addımlarından və təbliğatından imtina etsə, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən qəbul edilmiş üçtərəfli bəyanatın müddəaları uğurla icra ediləcək və bu da bütün maraqı ölkələrə fayda verəcək. Bu müddəaların icrası üçün həm də Rusiya tərəfindən ədalətli və vicdanlı nəzarət vacibdir. Bu baxımdan üç ölkənin liderlərinin son görüşü böyük ümidlər verir”, – əl-Tüveycri deyib.

Onun sözlərinə görə, regionun iqitsadi inteqrasiyası üçün böyük imkanlar yaranacaq ki, bu da region xalqlarına fayda verəcək və çoxlu investisiyalar cəlb edə biləcək güclü bazar formalaşdıracaq.

Əbdüləziz bin Osman əl-Tüveycri, Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə göstərdiyi böyük dəstəyi də yüksək qiymətləndirib.

“Bu dəstək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə öz fəaliyyətini ən yaxşı şəkildə təşkil etməyə və dünyada mövqeyini möhkəmləndirməyə imkan verir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu sayədə dünyanın ən nüfuzlu müzakirə məkanına çevrilib və qlobal problemlərin həllinə öz töhfəsini verib. Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvləri olaraq Prezident İlham Əliyevin verdiyi dəstəyə görə minnətdarıq və qürur duyuruq”, – deyə o sözlərini bitirib.