Home Biznes və iqtisadiyyat xəbərləri Ceyhun Bayramov: İran azad olunmuş ərazilərdə reallaşdırılan layihələrlə bağlı marağını ifadə edib

Ceyhun Bayramov: İran azad olunmuş ərazilərdə reallaşdırılan layihələrlə bağlı marağını ifadə edib

301
0
SHARE

Qırx dörd günlük müharibədə İranın məsələnin ərazi bütövlüyü daxilində, işğala son qoyulması ilə həllinə dair mövqeyi Azərbaycan tərəfindən dəstəklənib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə keçirilən görüşdən sonra təşkil olunan brifinqdə söyləyib.

Nazir diqqətə çatdırıb ki, artıq regionda yeni iqtisadi artım imkanları var. Bu şərait bütün bölgə ölkələri üçün faydalı olacaq.

Ceyhun Bayramov xatırladıb ki, uzun illər ərzində işğal altında olmuş Ermənistanla sərhəd Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ilə bərpa olunub.

“Münaqişədən qısa müddət keçməsinə baxmayaraq, regionda birgə iştirak edərək 3+3 platformasını yarada bilərik. İran və Rusiya bu təşəbbüsə ən tez dəstək verən ölkələrdir. Yaxın gələcəkdə bu prosesin müsbət davamını görəcəyik”, – deyən Azərbaycanın XİN rəhbəri vurğulayıb ki, işğaldan azad edilən ərazilərin yenidən qurulması və bərpası ən vacib məsələdir. İran yaxın və dost ölkə kimi azad olunmuş ərazilərdə reallaşdırılan layihələrə marağını ifadə edib.