Türkiyə Şərqi Aralıq dənizi regionunda hərbi təlimlərə başlayıb.
Trend-in məlumatına görə, Ankara bu barədə region dövlətlərini NAVTEX bildiriş sistemi vasitəsilə məlumatlandırıb.
Təlimlər avqustun 29-dan sentyabrın 11-dək davam edəcək. Bu müddət ərzində bölgə sularında artilleriya atışları keçiriləcək.
Təlimlər müddətində gəmi kapitanlarına həmin bölgədən uzaq hərəkət etmək tövsiyə olunub.