Home Dünya xəbərləri Braziliya Amazon meşələrinin kəsilməsinə qarşı mübarizəni dayandırır

Braziliya Amazon meşələrinin kəsilməsinə qarşı mübarizəni dayandırır

475
0
SHARE

Braziliya hakimiyyəti avqustun 31-dən Amazonda qanunsuz ağac kəsmə və Pantanal bölgəsindəki meşə yanğınların söndürülməsi ilə mübarizəni dayandırdı.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika Ətraf Mühit Nazirliyi məlumat verib.

“Ətraf Mühit Nazirliyi bildirir ki, büdcə katibliyinin bu gün maliyyələşmənin dondurması qərarı nəticəsində <…> 31 avqust bazar ertəsi gecə yarısından Amazonda meşələrin kəsilməsinə qarşı bütün fəaliyyətlər, həmçinin Pantanal və ölkənin digər bölgələrindəki yanğınların söndürülməsi üçün bütün əməliyyatlar dayandırılır”, – qurumun məlumatında deyilir.

Braziliya Ətraf Mühit və Nazirlik yanında Biomüxtəliflik İnstitutları üçün təxminən 60 milyon real (11 milyon dollardan çox) vəsaitin dondurulması qərarı prezident administrasiyası və hökumət işləri üzrə katibliyin rəhbərliyi tərəfindən qəbul edilib. Bundan əlavə ətraf mühit idarəsinin 2021-ci il büdcəsində də 120 milyon real (21 milyon dollardan çox) azalma gözlənilir.

Ümumilikdə 31 avqust tarixindən etibarən 1346 yanğınsöndürən, 96 yerüstü texnika və dörd vertolyotun artıq yanğınlarla mübarizədə iştirak etməyəcəyi aydınlaşdırılıb. Nazirlikdən verilən məlumata görə, daha 860 nəfər, 48 avtomobil, iki vertolyot və 10 təyyarə qanunsuz kəsmə ilə mübarizəni dayandıracaq.