Home Dünya xəbərləri Birləşmiş Ərəb Əmirlikləri İsrailə qarşı iqtisadi boykotu dayandırıb

Birləşmiş Ərəb Əmirlikləri İsrailə qarşı iqtisadi boykotu dayandırıb

557
0
SHARE

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayid əl-Nahayan İsrailə qarşı iqtisadi boykotun dayandırılması barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, boykotun ləğv olunması BƏƏ şirkətlərinə İsrail biznesi ilə ticarət və maliyyə əməliyyatları keçirməyə imkan verəcək.

Bundan başqa, İsraildən BƏƏ-yə məhsulların gətirilməsi, satışı və mübadiləsinə olan qadağa da ləğv edilir.

Qeyd edək ki, avqustun 13-də iki ölkə arasında münasibətlərin normallaşması barədə razılaşmanın əldə olunması barədə bəyanat verilmişdi.