Home Biznes və iqtisadiyyat xəbərləri Almaniya əhalinin peyvəndi ilə bağlı qoyulan hədəfə çata bilməyib

Almaniya əhalinin peyvəndi ilə bağlı qoyulan hədəfə çata bilməyib

256
0
SHARE

Almaniya hökumətinin əvvəlcədən təyin olunmuş tarixə (8 yanvar) qədər əhalinin 80%-ni koronavirusa qarşı peyvəndin birinci komponenti ilə peyvənd etmək hədəfinə çata bilməyəcək.

Bu barədə yerli KİV-lərə Nazirlər Kabinetindən mənbə bildirib. Onun sözlərinə görə, qoyulan hədəfə yalnız ayanvar ayının sonuna çatmaq mümkün olacaq.

Uğurlu revaksinasiya kampaniyasına baxmayaraq, hökumət hələ də kifayət qədər sakinləri ilk peyvəndi qəbul etməyə inandıra bilməyib. 24 dekabr tarixinə Almaniyada əhalinin 73%-i və ya 60 milyon insan peyvəndin ən azı bir dozasını qəbul edib. Əhalinin 70,7%-i, yəni təxminən 58 milyon insan tam peyvənd olunub.

 

2022-ci ildə Almaniya koronavirus peyvəndini məcburi etməyi planlaşdırır.