Dünya birjalarında neft qiymətləri bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,07 dollar bahalaşaraq 79,05 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,04 dollar artaraq 76,12 dollar olub.