Home Biznes və iqtisadiyyat xəbərləri Türkiyə 2021-ci ildə müdafiə və aviasiya ixracatında rekorda imza atıb

Türkiyə 2021-ci ildə müdafiə və aviasiya ixracatında rekorda imza atıb

308
0
SHARE

Türkiyədə 2021-ci ildə müdafiə və aviasiya sənayesinin ixracı 3 milyard 224 milyon 786 min dollara çatıb.

2021-ci ildə Türkiyə müdafiə və aviasiya sənayesinin bir çox növləri ilk dəfə ixrac edilib və idxalçı ölkələrin siyahısı da genişləndirilib.

2020-ci ildə müdafiə və aviasiya sənayesinin ixracı 2 milyard 278 milyon 695 min dollar olub. 2021-ci ildə bu rəqəmi rekord səviyyəyə – 3 milyard 224 milyon 786 min dollara çatdırmaq mümkün olub. 2019-cu ildə qeydə alınan əvvəlki ixrac rekordu (2 milyard 740 milyon 988 min dollar) noyabrda qırılıb.

Həmçinin sözügedən sektorun ixracatında ilk dəfə olaraq 3 milyard dollar həddini keçmək mümkün olub.

Eyni zamanda, aylar kontekstində dekabr ayında ən uğurlu göstəricilərə nail olunub: əvvəlki ilin müvafiq ayı ilə müqayisədə ixracın artımı 55 faiz təşkil edib, xarici tədarüklərin həcmi rekord həddə – 433 milyon 9 min dollara çatıb.

ABŞ Türkiyənin müdafiə və aviasiya sənayesi məhsullarının əsas idxalçısı oldu – 1 milyard 127 milyon 861 min dollar.

Ondan sonra Azərbaycan – 202 milyon 221 min dollar, Qətər – 180 milyon 547 min dollar, Birləşmiş Ərəb Əmirlikləri – 161 milyon 526 min dollar, Mərakeş – 159 milyon 667 min dollar gəlir.

Türkiyənin müdafiə və aviasiya sənayesinin Efiopiya, Banqladeş, Qırğızıstan, Ruanda, Litva, Konqo, Paraqvay, Slovakiya, Küveyt, Burkina Faso, Çad və Özbəkistan kimi ölkələrə ixracı əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə artıb.