NATO-Rusiya Şurasının iclası yanvarın 12-də keçiriləcək.
Bu barədə NATO-nun mətbuat xidmətinin açıqlamasında deyilir.
Qeyd olunur ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının sədri qismində NATO-Rusiya Şurasının iclasını çağırıb. Hələlik iclasın gündəliyi açıqlanmayıb.
Bundan başqa, yanvarın 12-13-də Brüsseldə baş qərargah rəisləri səviyyəsində NATO Hərbi Komitəsinin iclası keçiriləcək.