Home Biznes və iqtisadiyyat xəbərləri Fransa Səfirliyi Ağdamda regional inkişafın həyata keçirilməsinə diqqət yetirəcək – Zakari Qross

Fransa Səfirliyi Ağdamda regional inkişafın həyata keçirilməsinə diqqət yetirəcək – Zakari Qross

264
0
SHARE

Mən azərbaycanlıları və Azərbaycandakı fransızları yeni 2022-ci il münasibəti ilə təbrik edirəm və bunu nikbinliklə edirəm, çünki inanıram ki, bu il həqiqətən də, Azərbaycan və Fransa arasında münasibətlər üçün yaxşı il olacaqdır.

Bu Fransanın Azərbaycandakı səfiri Zakari Qross 2022-ci il münasibəti ilə Azərbaycana ünvanladığı təbrikdə deyib.

Onun sözlərinə görə, Azərbaycan 2022-ci ilə 2021-ci il ilə müqayisədə yaxşı durumda daxil olur: Ermənistanla mümkün sülh perspektivi heç vaxt bu qədər inandırıcı olmamışdır, ölkə daxilində köçkün düşmüş insanların öz torpaqlarında yenidən məskunlaşdırılması layihəsi konkretləşir, neft və qazın qiyməti Azərbaycan üçün əlverişlidir, Bakının böyük qonşuları və əsas xarici tərəfdaşları ilə münasibətləri geniş şəkildə müsbətdir.

“Fransanın növbəti altı ayda sədrlik edəcəyi Avropa İttifaqı ilə Azərbaycan əlaqələri son bir ildə, o cümlədən dekabrın 10-da keçirilmiş Şərq Tərəfdaşlığı Sammitində möhkəmlənib. Avropa İttifaqının 27 dövləti Azərbaycana regional bağlantı, davamlı inkişaf, iqtisadiyyatın şaxələndirilməsi naminə konkret öhdəliklərlə dərin əməkdaşlıq təklif edir. Bu əməkdaşlıq böyük beynəlxalq çağırışlarla üzləşən daha suveren Avropa və Azərbaycan Respublikasına xidmət edə bilər və etməlidir.

Fransa Səfirliyi 2022-ci ildə əməkdaşlıq imkanlarının, o cümlədən minaların təmizlənməsi, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin müəyyən edilməsinə köməkliyi və xüsusən də Fransanın su və enerji şəbəkələrinin yenilənməsi üçün öz təcrübəsini və maliyyəsini təklif etdiyi Ağdamda regional inkişafın həyata keçirilməsinə diqqət yetirəcəkdir. Əlbəttə ki, təhsil və mədəniyyət sahəsində də əməkdaşlıq, o cümlədən Azərbaycan-Fransız Universiteti və Bakı Fransız Liseyi kimi mükəmməl təhsil müəsissələrinin xeyrinə davam etdiriləcəkdir. Bakıda iştirak edən bir çox fransız şirkətləri davamlılıq qabiliyyətini nümayiş etdirdilər və mən onların tərəfdaşlıqlarını inkişaf etdirəcəklərinə şübhə etmirəm.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən bəri uzun bir yol qət etmişdir ! Azərbaycan Sovet İttifaqının dağılması ilə tənəzzül duruma düşən iqtisadiyyatını yenidən bərpa edərək, müsəlman dünyasının ən dərin dünyəvi dövlətlərindən biri kimi özünü təsdiqlədi. Azərbaycan indi daha inklüziv, daha sosial, daha demokratik, innovativ və kreativ cəmiyyətə doğru irəliləmək üçün resurslara malikdir.

Gəlin, Fransa-Azərbaycan və Avropa Ittifaqı-Azərbaycan tərəfdaşlıqlarını davam etdirək və 2022-ci ili Cənubi Qafqazda yenidən sülh və birliyin yarandığı il edək”, – deyə səfir bildirib.