Home Biznes və iqtisadiyyat xəbərləri Qazaxıstan vətəndaşların hüquqlarını və əcnəbilərin təhlükəsizliyini təmin etməyə davam edəcək – XİN

Qazaxıstan vətəndaşların hüquqlarını və əcnəbilərin təhlükəsizliyini təmin etməyə davam edəcək – XİN

281
0
SHARE

Qazaxıstan hakimiyyəti vətəndaşların hüquqlarını və əcnəbilərin, o cümlədən diplomatik korpusun və jurnalistlərin təhlükəsizliyini təmin etməyə davam edəcək.

Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Dövlət bundan sonra da polietnik və çoxkonfessiyalı xalqımızın bütün nümayəndələrinin hüquq və mənafelərini, ölkədəki xarici vətəndaşların, o cümlədən diplomatik korpusun və jurnalistlərin təhlükəsizliyini təmin edəcək. Xarici investisiyalar və xarici şirkətlərin biznesi qorunacaq”, – bəyanatda deyilir.

Qeyd olunur ki, respublika insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə sadiq qalmağa və Prezident Kasım-Jomart Tokayev tərəfindən həyata keçirilən “Eşidən Dövlət” konsepsiyası çərçivəsində islahatlar kursunu davam etdirməyə sadiqdir.