İsveç NATO-ya daxil olmayacaq və xarici siyasətini dəyişməyəcək. Amma ölkə alyansla tərəfdaşlığı qoruyub saxlayacaq.
Bunu İsveçin Baş naziri Maqdalen Andersson bildirib.
Onun sözlərinə görə, İsveç uzun müddət təhlükəsizlik sahəsində öz xəttini müdafiə edib: “Həmişə açıq şəkildə bəyan etmişik ki, bizim NATO ilə tərəfdaşlığımız var. Hökumətin mövqeyi aydındır: biz NATO-ya daxil olmaq niyyətində deyilik”.
Baş nazir İsveçin öz təhlükəsizlik siyasətinin olduğunu bildirib.
İsveç 1994-cü ildən Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edir. İsveç parlamenti 2016-cı ildə alyansa NATO Çevik Reaksiya Qüvvələrinin (NRF) qoşunlarını ölkədə yerləşdirmək hüququ verən sənədi təsdiqləyib. Müqavilə İsveçin müvafiq Qüvvələrin dislokasiya yerinə köçürülməsi zamanı quruda, dənizdə və ya havada təhlükəsizliyini təmin edəcəyini nəzərdə tutur.