Home Biznes və iqtisadiyyat xəbərləri Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır – Rəcəb Tayyib Ərdoğan

Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır – Rəcəb Tayyib Ərdoğan

294
0
SHARE

Türkiyə Avropa İttifaqı ilə fəal dialoqun tərəfdarıdır. Bununla belə, Ankara ilə əməkdaşlıq, o cümlədən Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqları ləngitmək üçün addımlarla üzləşirik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı Çankaya iqamətgahında Aİ ölkələri səfirləri ilə görüşdə deyib.

R.T.Ərdoğan həmçinin koronavirus pandemiyasının fəsadlarına diqqət çəkib: “Təəssüf ki, pandemiya sayı 8,5 milyard insan olan bəşəriyyəti nəinki bir aray gətirmədi, hətta dünyada parçalanmanı və ədalətsizliyi daha da dərinləşdirdi. Avropa İttifaqı ölkələrində mənfi tendensiyalar daha da sürətlənib. Ksenofobiya və İslamofobiya hallarının sayı artıb”.

Ölkə başçısı Türkiyəni Avropanın bir çox problemlərinin həlli üçün “açar ölkə” adlandırıb.

“Türkiyə və Aİ sərhədlərində yaranan problemlər həll edilmədən miqrasiya böhranı həll edilə bilməz. Avropa qitəsindəki vəziyyəti obyektiv təhlil edən hər kəs bu gün Aİ ölkələrinin üzləşdiyi problemlərin həllinin açarının Türkiyə olduğunu dərk edir və etiraf edir. Türkiyənin sayəsində miqrasiya böhranının miqyası, həmçinin terror təhlükəsi və sabitliyin pozulması səviyyəsi azalıb”, – R.T. Ərdoğan əlavə edib.