Home Biznes və iqtisadiyyat xəbərləri Türkiyə parlamentinin sədri və kənd təsərrüfatı naziri “Dubay Ekspo 2020”-də Azərbaycan pavilyonuna...

Türkiyə parlamentinin sədri və kənd təsərrüfatı naziri “Dubay Ekspo 2020”-də Azərbaycan pavilyonuna baş çəkiblər (FOTO)

238
0
SHARE

Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri Mustafa Şentop, eləcə də bu ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Birləşmiş Ərəb Əmirliklərinə səfərləri çərçivəsində “Dubay Ekspo 2020” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonuna baş çəkiblər.

Milli pavilyonla tanış olan Mustafa Şentop xatirə kitabına ürək sözlərini yazaraq deyib: “Dubayda keçirilən Ekspo 2020 sərgisində Azərbaycan pavilyonunun qonağı olmaqdan şərəf duyuram. Can Azərbaycanın pavilyonunun tanıdılmasına və ticarət əlaqələrinin qurulmasına töhfə verəcəyinə ümid edirəm”.

Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli də milli pavilyonda sərgilənən eksponatlarla tanış olub. “Qardaş Azərbaycanın öz mədəniyyətini, tarixini və məhsullarını ən yaxşı şəkildə sərgilədiyinin sevinclə şahidi oldum. Pavilyonun Azərbaycanı tanıtmasına, ticarət əlaqələrinin qurulmasına və gücləndirməsinə ümid edirəm”, – deyə nazir bildirib.