Ermənistan prezidenti Armen Sarkisyan vəzifəsindən istefaya verdiyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə bəyanat prezidentin saytında yerləşdirilib. Bəyanatda deyilir ki, daxili və xarici siyasətin mühüm məsələlərinə təsir göstərmək üçün onun əlində heç bir alət yoxdur. Sarkisyanın sözlərinə görə, Ermənistan forma etibarilə parlament respublikası olsa da, məzmunca belə deyil.
Qeyd edək ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu posta namizədliyi həmin dövrdə ölkə başçısı olan Serj Sarkisyan tərəfindən irəli sürülmüşdü.