Home Biznes və iqtisadiyyat xəbərləri Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 20-ci iclası keçiriləcək

Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 20-ci iclası keçiriləcək

259
0
SHARE

Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yubiley, 20-ci iclasının keçirilməsi planlaşdırılır.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Bu komissiya çərçivəsində iqtisadi sektorun bir sıra məsələlərini nəzərdən keçirmək planlaşdırılır”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan siyasi təmasları inkişaf etdirməyi, hökumətlərarası komissiyanın iclasınıı, müxtəlif forumları keçirməyi, eləcə də siyasi əməkdaşlığın 30 illiyini qeyd etməyi planlaşdırır.

“Bizim bu hadisə ilə əlaqədar tədbirlər planımız var, yüksək səviyyədə görüşlərin təşkil edilməsi planlaşdırılır. Regionda vəziyyətin normallaşması üçün müxtəlif formatlarda işlər davam etdirilir. İqtisadi baxımdan artıq mövcud olan yol xəritələrinin inkişafı davam etdiriləcək. Ümumilikdə, bizim planlarımız irimiqyaslıdır və 2022-ci ildə biz irəli iri addımlar atacağıq”, – səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)