Home Biznes və iqtisadiyyat xəbərləri Rusiyanın Azərbaycanda investisiyalarının həcmi 4 milyard dolları ötüb – Səfir

Rusiyanın Azərbaycanda investisiyalarının həcmi 4 milyard dolları ötüb – Səfir

240
0
SHARE

Rusiyanın Azərbaycanda investisiyalarının həcmi 4,2 milyard dollardan çoxdur.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“2021-ci ilin 11 ayı ərzində Azərbaycanla Rusiyanın ticari-iqtisadi fəaliyyətinin yekunları 2,9 milyard dollar təşkil edib. Dekabr ayını nəzər alsaq, bu göstərici 3 milyard dollara çata bilər”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə iki ölkə prezidenti dörd dəfə əyani formatda görüşüb.

“Ötən ilin mayında Azərbaycanın baş naziri Əli Əsədovun Rusiyaya səfəri baş tutub, səfər zamanı 2024-cü ilədək fəaliyyət planı hazırlanıb. Milli Məclisin sədri Sahibə Qafarova da Rusiyaya bir neçə dəfə səfər edib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edib və Prezident İlham Əliyevlə, baş nazirin müavini Şahin Mustafayevlə görüşüb”, – M.Boçarnikov deyib.

(Tərcümə: Orxan Nəbiyev)