Abşeron-Qobustan seçki dairəsi üzrə deputat Şahin Seyidzadə seçicilərinə növbəti fəaliyyət hesabatını təqdim etdi.
50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputat Şahin Seyidzadə seçicilərinə növbəti hesabatını təqdim etmişdir. Hesabatda 2020-2021-ci illəri əhatə edən statistik məlumatlarla yanaşı, eyni zamanda ictimai-siyasi fəaliyyətlər haqqında məlumatlar öz əksini tapmışdır.
Fəaliyyət dövrü ərzində, deputat tərəfindən ümumilikdə fərdi və onlayn qaydada 56 qəbul keçirilmiş, vətəndaşlar tərəfindən deputatın ünvanına 1451 müraciət daxil olmuşdur.
Qeyd etmək istərdik ki, bu hesabat deputatın fəaliyyət dönəmini əhatə edən sayca 4-cü hesabatıdır. Bundan əvvəl olan hesabatlarla yanaşı bu hesabatın da fəaliyyət dönəmi ərzində deputata müraciət etmiş vətəndaşların evlərinə poçt vasitəsi ilə göndərilməsi nəzərdə tutulmuşdur.
Facebook link: https://www.facebook.com/shahin.seyidzade/posts/2747991868680730?