Home Biznes və iqtisadiyyat xəbərləri Vətəndaşların sosial vəziyyətinə adekvat siyasət: islahatlar paketi… – Müsahibə

Vətəndaşların sosial vəziyyətinə adekvat siyasət: islahatlar paketi… – Müsahibə

329
0
SHARE

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Musa müəllim, ölkəmizdə sosial təminat sahəsində həyata keçirilən islahatların mahiyyətini necə şərh etmək olar?

– Sosial sahə Azərbaycan dövlətinin daxili siyasətində prioritet istiqamətdir. Sosial müdafiəyə ehtiyacı olan təbəqinin qayğıları ilə bağlı hər zaman dövlətin lazımi dəstəyi olub. Ölkə başçısının verdiyi Fərman və Sərəncamlar, Milli Məclisin qəbul etdiyi qanunlar sosial müdafiənin daha da gücləndirilməsinə, sosial təminat imkanlarına əl çatanlığın yaxşılaşmasına ximət edir. Bunun əyani təzahürü olaraq 2003-ci ildən bu günə qədər ölkəmizdə orta aylıq pensiya 14 dəfə, orta aylıq əmək haqqı isə 10 dəfə artıb. Yaşayış minimumu, minimum əməkhaqqı əhəmiyyətli dərəcədə yüksəlib. Ünvanlı sosial yardımların verilməsi ilə bağlı olan ehtiyac meyarında da bir neçə dəfə artım qeydə alınıb. 2018-ci ildən bu günə qədər isə dərin sosial islahatlar paketi icra olunmağa başlayıb. 2019-cu ildə Prezident İlham Əliyevin 30-a yaxın Fərman və Sərəncamı olub. 5 milyondan artıq vətəndaşımızın həyat şəraitini yaxşılaşdıran iki böyük zərfi özündə əhatə edən sosial islahatlar paketi həyata keçirildi.

– Şəhid ailələri, qazilərin sosial ehtiyaclarını təminatı üçün hansı addımlar atılıb?

– Vətən müharibəsi və ondan sonrakı dövrdə şəhid ailələrinin, veteranların qayğılarının təminatı üçün mühüm addımlar atılıb. Yaşat Fondunun, Qarabağa Dəstək Fondunun yaradılması ilə yeni bir icra və dəstək qurumlarının formalaşması bu kateqoriyadan olan insanların qayğılarının qarşılanması üçün mühüm önəm kəsb edir. Eyni zamanda ölkə Prezidentinin Sərəncamı ilə bu kateqoriyadan olan insanlara verilən sosial ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Vətən Müharibəsi Qəhrəmanı üçün aylıq 2 min manat təqaüd müəyyənləşib. Mövcud təqaüdlər 300 manatdan, 500 manata yüksəldilib. Birdəfəlik sığorta ödənişləri təyin olunub. Bundan əlavə Heydər Əliyev Fondu tərəfindən olduqca böyük maddi və mənəvi dəstək proqramları, layihləri həyata keçirilib. Bu gün də belə humanist addımlar böyük uğurla davam edir.

– Sizcə sosial islahatların inistitutlaşması prosesi necə reallaşır?

– Sosial islahatların bir hissəsi inistitutsional islahatlar idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə yradılmış ASAN xidmət modeli Azərbaycan brendi kimi dünyada qəbul edilir. Bu xidmət sosial xidmətlərə əlçatanlığı yüz faizə çatdıran, bürokratiya və neqativ hallara qarşı olan halların tam aradan qaldırılmasına hədəflənib. Vətəndaşlara xidmət yüz faiz razılıq, mənmunluq indeksi ilə qiymətləndirilib. Bu dünyada çox yaxşı model kimi qəbul edilir. Artıq bir çox ölkələr də bu modeldən böyük uğurla istifadə edilir.

– DOST Mərkəzlərinin fəaliyyətinin effektivliyi haqqında nə demək olar?

– Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST Mərkəzlərinin fəaliyyətə başlaması artıq ASAN Xidmət modelinin birbaşa sosial təminat sahəsinə yönəlməsi idi. DOST Mərkəzində məşğulluq, xidmət, əlillərin müasir avadanlıqlarla təminatı, protezləşmə, asüdə vaxtın təşkili, peşə hazırlığı, işə düzəltmə kimi 120-dən çox xidməti özündə birləşdirən vahid pəncərə sistemidir. Bununla da sosial qayğıya və dəstəyə ehtiyacı olan insanların bir çox hallarda evindən çıxmadan zəruri xidmətləri almaq imkanları yaradılıb. İlbəil bu xidmət sahəsi də genişlənir. Bu da dövlətin vətəndaşa olan diqqətinin bariz nümunəsi idi. Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ilk olaraq Hərbi Hospitalda müalicə alan yaralı əsgərlərimizə baş çəkdi. Bu da dövlətin belə kateqoriyadan olan insanlara münasibətinin ifadəsi idi. Bu həm də cəmiyyətə xoşməramlı çağırış oldu. Hər birimizin bu kateqoriyadan olan insanlara qarşı diqqətli olmamızı təşviq edən bir yanaşma idi.

– Məşğulluq marafonu daha çox hansı kateqoriyanı əhatə etdi?

– Ötən ilin may ayında ölkəmizdə böyük bir məşğulluq marafonu başlanıb. Bu məşğulluq marafonunda şəhid ailələrinin üzvləri, qazilər və digər vətəndaşlar müvafiq işlərlə təmin edildi. Prezident İlham Əliyevin Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarında şəhid ailəsi və qazilərlə iş şöbələri yaradıldı. Burada da şəhid ailələrinin üzvlərinə, qazilərə, müharibə iştirakçılarına mühüm vəzifələr həvalə edildi. Əlillərin reabilitasiyası, protezləşmə, əlil arabaları, mənzil və avtomobillərlə təmin edilməsi prosesləri arcıdlıqla icra edilir. Bununla yanaşı təhsil, müalicə, sanator xərclərin ödənilməsi də həyata keçirilib. Bütün bunlar isə məhz dövlətin mühüm qayğısı hesab olunur. Digər kateqoriyadan olan insanların əməkhaqlarının artırılması üçün ölkə Prezidentinin Sərəncamı var. Bu da dünya bazarlarında mövcud qiymət artımının ölkəmizə təsirləri fonunda yaranacaq qiymət fərqinin qarşılanması üçün mühüm addım hesab edilir. Nazirlər Kabineti və Qanunverici orqan bu Sərəncamdan irəli gələn işləri icra edib. Milli Məclisin qəbul etdiyi qanunlarla yaşayış minimum, pensiyaların minimum məbləği artırılıb. Ünvanlı sosial yardımın ehtiyyac meyarı yüksəldilib. Təxminən 2 milyon 100 min nəfər vətəndaşımızın pensiya, müavinət, əməkhaqqı təminatı həyata keçirilib.

– Vətən müharibəsi iştirakçılarının statusu ilə bağlı verilən tapşırığın icrası hansı səviyyədədir?

– Bu günlərdə dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə verilən tapşırıq ondan ibarət oldu ki, 44 günlük Vətən müharibəsində iştirak edən şəxslərin statusunun müəyyənləşməsi təmin edilsin. Bununla da müharibə iştirakçılarının da sosial təminat proqramlarından yararlanmaq imkanları həll olunacaq. Sözsüz ki, Vətən müharibəsində iştirak edən bütün döyüşçülərin qəhrəmanlığına yüksək qiymət verildi. Mövcud orden medallarla yanaşı yeni ordenlər və mükafatlar təsis edildi. Bu addımlar da ölkəmizdə mühairbə iştirakçılarına olan yüksək diqqət və qayğının bariz nümunəsi hesab olunur.

– Böyük Qayıdışın qısa zamanda təmin olunması üçün görülən işllərin nəticəsini necə şərh edirsiniz?

– Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunlarında artıq böyük quruculuq, abadlıq işləri gedir. Yaxın vaxtlarda ilk keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaydışının şahidi olacayıq. Bu proses bundan donra da uğurla davam edəcək. Qarabağın bir cənnətə çevriləcəyi şübhəsizdir. Həyata keçirilən bu böyük maştablı işlərin ümumi nəticəsindən belə qənaətə gəlmək olur ki, Prezident İlham Əliyevin sosial siyasəti şəffafdır. Bu uğurlu siyasət Vətəndaşın sosial vəziyyətinə uyğun adekvat real tədbirlərin görülməsinə hesablanır. Həyata keçirilən siyasət dünyada baş verən maliyyə-iqtisadi və digər problemlərin nəticələrini önləməklə yanaşı, vətəndaşlarımızın həyatına mənfi təsirlərin qarşısını almağa yönəlib.


Müəllif: Tapdıq Qurbanlı