Yeni Azərbaycan Partiyasının (YAP) işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb.
Bu barədə məsələ partiyanın proqramında əksini tapıb.
Qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi sahəsində YAP-ın hədəfləri aşağıdakılardır:
– Layiqli yaşayışın bərpası üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması;
– Bu ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsi;
– Bu ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi;
– Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması;
– Regionun sürətli iqtisadi inkişafının təmin olunması üçün stimullaşdırıcı tədbirlərin görülməsi;
– “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması və həyata keçirilməsi.