Home Cəmiyyət Nizami rayonunda gənclər günü münasibətilə sosial aksiya keçirilib

Nizami rayonunda gənclər günü münasibətilə sosial aksiya keçirilib

251
0
SHARE

 

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Missiya Media Qrupu birgə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətiləsosial aksiya keçirib.

Aksiya iştirakçıları öncə Nizami rayonu, Keşlə qəsəbəsindəkiŞəhidlər Xiyabanını ziyarət ediblər, qəhrəman Vətən övladlarının xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra Nizami rayonu ərazisində yaşayan Vətən müharibəsi qazilərini ziyarət ediblər.

Partiya fəalları qazilərlə söhbət ediblər, qayğıları ilə maraqlanıblar, yardımlarını təqdim ediblər.

Qeyd olunub ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qeyd edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqəti mərkəzindədir.

Qazilərdəöz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ölkə başçısı tərəfindən bu gün onlara göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir.