Home Biznes və iqtisadiyyat xəbərləri Macar şirkətləri Qarabağda aparılan işlərdə iştirak etməyə hazırdır – Macar nazir

Macar şirkətləri Qarabağda aparılan işlərdə iştirak etməyə hazırdır – Macar nazir

246
0
SHARE

Macar şirkətləri Qarabağ regionunda aparılan bərpa və yenidənqurma işlərində iştirak etməyə hazırdır.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası zamanı deyib.

O qeyd edib ki, hazırda Qarabağ regionunda böyük bərpa və quruculuq işləri aparılır.

“Macar şirktləri həm maliyyə, həm də texniki baxımdan həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə dəstək göstərməyə hazırdır”, – deyə o əlavə edib.