Home Biznes və iqtisadiyyat xəbərləri Nazir: Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər...

Nazir: Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər verib

248
0
SHARE

Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər verib. Lakin torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı var.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də macar həmkarı Peter Siyarto ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanın Ermənistana cavabında bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyi ifadə olunub. Bu, təcrübələrə əsaslanan prosesdir, prosesin başlaması üçün dırnaqarası icadlara ehtiyac yoxdur. Ermənistanın buna haqqı yoxdur. Bu məsələdə Azərbaycanın mövqeyi bəllidir.

Prosesə başlamaq üçün ilkin şərtlərin irəli sürüldüyünü deyən nazir vurğulayıb: “Ermənistan tərəfi komissiyanın işə başlaması üçün müəyyən şərtlər irəli sürüb. Azərbaycan heç bir qeyd-şərt olmadan bu prosesə açıq olduğunu bildirib”.