Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya-Ukrayna böhranının sona çatması üçün öhdəmizə düşəni etməyə hazırıq – Ərdoğan

Rusiya-Ukrayna böhranının sona çatması üçün öhdəmizə düşəni etməyə hazırıq – Ərdoğan

254
0
SHARE

Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam etdiyimizi təkrarlamaq istəyirəm.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

“Ukraynalı rəsmilərin dialoqa dair mesajlarını təqdir edirəm. Türkiyə Qara dənizdə qonşu olduğu iki dost dövlət Ukrayna və Rusiya arasında böhranın sona çatması üçün öhdəsinə düşəni etməyə hazırdır. Liderlər və yaxud da texniki heyətlər səviyyəsində görüşlərə ev sahibliyi edə biləcəyimizi bugünkü görüşdə bir daha vurğuladım. Böhranın Ukraynanın ərazi bütövlüyü əsasında Minsk razılaşmaları çərçivəsində diplomatiya və sülh yolu ilə həll olunacağına əminəm”, – deyə Ərdoğan qeyd edib.