ABŞ prezidenti Co Bayden ilə Ukrayna lideri Vladimir Zelenski arasında bazar günü telefon danışığı baş tutub.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Danışıq təxminən 50 dəqiqə davam edib, onun təfərrüatları barəsində hələlik məlumat verilmir. Bu, Zelenski ilə Bayden arasında ilin əvvəlindən bəri üçüncü telefon danışığıdır.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov Bayden və Zelenski arasında danışıqların yaxın saatlarda baş tutacağını bildirmişdir. Onun sözlərinə görə, iki ölkə liderləri söhbət zamanı “təhlükəsizliklə bağlı vəziyyəti və gərginliyin azaldılması üçün davam edən diplomatik səyləri” müzakirə eəcəkdilər.