Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev Serbiyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Serbiyanın dövlət başçısını təbrik edib

244
0
SHARE

Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dinamik inkişaf yolunda olan Azərbaycan-Serbiya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir.

İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlığımızın hərtərəfli inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Serbiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.