Home Biznes və iqtisadiyyat xəbərləri KOBİA Azərbaycana xarici biznesin cəlb olunmasında maraqlıdır – Orxan Məmmədov

KOBİA Azərbaycana xarici biznesin cəlb olunmasında maraqlıdır – Orxan Məmmədov

263
0
SHARE

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycana xarici biznesin cəlb olunmasında maraqlıdır və zəruri köməyi göstərməyə hazırdır.

Bunu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov Bakıda “Azərbaycan-Udmurtiya” biznes forumu zamanı deyib.

O.Məmmədov Rusiya Federasiyasının regionları ilə işgüzar əlaqələrin inkişaf etdiyini, Udmurtiya ilə də əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün potensialın olduğunu bildirib,

“Bu cür tədbirin keçirilməsi Azərbaycanla Udmurtiya arasında əməkdaşlıq üçün geniş spektrli istiqamətlərin olmasını nümayiş etdirir və ikitərəfli təşəbbüslərin reallaşdırılması üçün perspektiv sahələrin operativ müəyyənləşdirilməsinə kömək edir. Agentliyimiz Rusiyanın profil strukturları ilə dövlət müəssisələri, eləcə də birbaşa biznes ictimaiyyəti səviyyəsində əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir”, – deyə o bildirib.