Yanvar ayında ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,1%, qeyri-neft sektoru üzrə ixrac isə 59% artıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.
“Bu, ölkə iqtisadiyyatının diversifikasiyasının davam etdirilməsi və yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının təşviqinin uğurlu nəticəsidir”, – nazir vurğulayıb.