Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya Federasiyası ilə müttəfiqlik əlaqələrinin qurulması yeni çağırışlar kontekstində strateji zərurətə çevirilmişdi

Rusiya Federasiyası ilə müttəfiqlik əlaqələrinin qurulması yeni çağırışlar kontekstində strateji zərurətə çevirilmişdi

324
0
SHARE

Rusiya Federasiyası ilə müttəfiqlik əlaqələrinin qurulması yeni çağırışlar kontekstində strateji zərurətə çevirilmişdi. Hazırda dünyada heç bir ölkə təkbaşına öz milli təhlükəsizliyini təmin edə bilmir. Bu hər şeydən öncə beynəlxalq münasibətlər sisteminin mürəkkəb daxili strukturu və yeni dünya nizamının formalaşmqda olması ilə bağlıdır. Hər yenilik isə özlüyündə çoxsaylı maneləri dəf etmək və özünü təsdiq etdirə bilmək mərhələsindən keçməyə məhkumdur. Ona görə də çoxqütblü dünya nizamına keçid ağrılı və üzünmüddətli adaptasiya tələb edən bir proses kimi qarşımıza çıxır. Bu uzunmüddətli və gərgin keçid kontekstində milli təhlükəsiliyi təmin etmək olduqca çətin milli vəzifədir. Xüsusilə tarixən mürəkkəb geostrateji region kimi xarakterizə edilən Cənubi Qafqazda bu vəzifənin öhdəsindən gəlmək strateji uzaqgörənlik, qətiyyətli siyasi iradə və mümkün geostrateji gedişləri əvvəlcədən dəqiq proqnozlaşdıraraq qərar qəbul etməyi tələb edir. Nəzər almaq lazımdır ki, Azərbaycan 30 ildən sonra öz ərazi bütövlüyünü bərpa edərək hələ də region ölkələrinin və bütövlükdə dünyanın adaptasiya olunmaqda çətinlik çəkdiyi yaxud qəbul etmək istəmədiyi yeni reallıqlar yaradıb. Belə olan halda əlbəttə milli təhlükəsizlik problemləri daha da aktuallıq kəsb etməyə başıayıb. Ona görə də məhz indi, dünyada baş verən qlobal geostrateji zəlzələlər və postsovet məkanının yenidən dizayn ediləsi kontekstində Azərbaycan etibarlı və nüfuzlu müttəfiqlərlə öz milli təhlükəsizliyini təmin etmək çağırışı ilə üzləşib. Birinci mərhələdə Azərbaycan qardaş Türkiyə ilə Şuşa bəyannaməsini imzalamaqla qərb istiqamətində bu məsələni etibarlı şəkildə həll edib. Milli təhlükəsizliyimin ikinci strateji istiqaməti şimal istiqamətidir ki, bu istiqamətdə də qonşu Rusiya Federasiyası ilə müttəfiqlik əlqələrinin qurulması tarixi zərurətə çevirilib. Əslində, hamıya aydındır ki, Cənubi Qafqazda Rusiya Federasiyasının iştirakı olmadan sülh və sabitlikdən danışmaq olmaz. Bu, geostrateji bir reallıqdır. Belə olan halda yalnız praqmatik və rasional siyasi qərərlar qəbul etməklə uzunmüddətli sülhə nail olmaq olar. Əslində, Azərbaycan Cənubi Qafqazın ən böyük və uzunmüddətli münaqişəsinə son qoymaqla sülh və əməkdaşlıq üçün yaxşı perspektivlər yaradıb. Bu prosesdə Rusiyanın oynadığı pozitiv rol da mühüm əhəmiyyət kəsb edib və nəticə etibarilə 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyannamədə sülhün təmin olunması ilə bağlı zəmanətçi funksiyasını üzərinə götürüb. Hazırda isə yeni yaranan qlobal siyasi reallıqlar bu istiqamətdə yeni addımların atılmasını və sülh və təhlükəsizlik üçün yeni siyasi qərarların qəbul edilməsini şərtləndirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin fevral ayının 21-də Rusiya Federasiyasına səfəri və səfər çərçivəsində Rusiya ilə müttəfiqlik haqqında bəyannamənin imzalanmasının nəzərdə turulması da hər iki dövlətin milli maraqları baxımından olduqca aktualdır. Təqribən 40 maddədən ibarət olan və hərbi-siyasi və sosial iqtisadi ,eyni zamanda humanitar sahələri əhatə edəcək belə bir mühüm sənədin imzalanması V.Putinin də dediyi kimi Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq. Bəribaşdan bu mühüm mərəhələni hərbi-siyasi və geostrateji kontekstə yeni tarixi mərhələ kimi səciyyələmdirmək olar. Hər çeydən öncə ona görə ki, bu müttəfiqlik yeni çoxqütblü dünya nizamında Azərbacanı öz müttəfiqləri ilə birlikdə mümkün güc mərkəzlərindən birinə çevirəcək və regional inteqrasiyanı dərinləşdirməklə uzunmüddətli sülhə gətirib çıxaracaq. Bu isə hazırki mürəkkəb tarixi şəraitdə milli təhlükəsiziyimizi təmin etmənin ən yaxşı yoludur. Bütövlükdə isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” də əksini tapan əsas müddəaları aşağıdakı şəkildə qruplaşdımaq olar.

Birincisi bu sənəd bütün hallarda ərazi bütövlüyü, müstəqillik, bərabərhüquqlqu tərəfdaşlıq və bu prinsiplərin beynəlxalq hüquq, o cümlədən BMT nizamnaməsi ilə tanınan bütün əsaslarını qarşılıqlı şəkildə qəbul edir.

İkincisi blok iqtisadi – sosial və humanitar sahədə əməkdaşlığın daha da dərinləşməsi və inteqrasiyaını təmin etmək üçün əsas yaradır.

Üçüncü qruplaşma hərbi-texniki əməkdaşlıq sahəsini əhatə edir.

Dördüncü blok maddələr Xəzər hövzəsində əməkdaşlığın qarşılıqlı maraqlar əsasında qorunması və bu sahədə imzalanmış sənədlərin yaratdığı öhdəliklərin yerinə gətirliməsinin vacibliyini qeyd edir.

Beşinci qrup maddələr yeni reallığın yaranmasında Rusiyanın oynadığı mühüm rolu təsbit etməklə 10 noyabr 2020, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli görüşlərdə razılaşdırılmış müdəaların yerinə gətirilməsinin vacibliyini qeyd edir.

Yeni və müttəfiqlik anlayışının məzmunu baxımından ən əhəmiyyətli məsələlər isə 4 , 6 ,7 və 11-ci maddələrdə öz əksini tapır ki, bunlar Rusiya –Azzərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıran əsas maddələrdir. Məsələn, 4-cü maddəyə əsasən Rusiya Federasiyası və Azərbaycan Respublikasının aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelərdən çıxış etməsi, 6-cı maddəyə görə Rusiya Federasiyası və Azərbaycan Respublikasıın Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasını qəbul etməsi, 7-ci maddəyə görə Rusiya Federasiyası və Azərbaycan Respublikasının Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməsi məsələsininin qeyd edilməsi, 11-ci maddəyə görə Rusiya Federasiyası və Azərbaycan Respublikasının öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alması öhdəliyi götürməsi qarşılıqlı şəkildə iki dövlətin bir-birinə verdiyi təhlükəsizlik təminatı kimi çıxış edir ki, bu müddəaların hər biri iki dövlət üçün də mühüm əhəmiyyət kəsb edir .