Home Biznes və iqtisadiyyat xəbərləri Prezident Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib – Fəxrəddin...

Prezident Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib – Fəxrəddin Altun

236
0
SHARE

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz “Twitter” hesabında yazıb.

“Biz regionumuzda daha bir müharibənin şahidiyik. Prezident Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib, çünki bizim hər iki ölkə ilə güclü əlaqələrimiz var. O, həmçinin müttəfiqləri vahid mövqe nümayiş etdirməyə çağırıb”, – Fəxrəddin Altun bildirib.