Home Biznes və iqtisadiyyat xəbərləri Montrö sazişinin pozulması heç kimə fayda gətirməz – Hulusi Akar

Montrö sazişinin pozulması heç kimə fayda gətirməz – Hulusi Akar

253
0
SHARE

Hər hansı şəkildə Montrö sazişinin müddəalarının, mövcud status-kvonun pozulması heç kimə fayda gətirməz.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

H.Akar bildirib ki, Montrö Konvensiyasının şərtlərinə əməl olunmasının tərəfdarıdırlar.

“Bu çərçivədə çalışmalarımızı davam etdiririk. İndiyədək olduğu kimi Montrö boğazlar konvensiyasının 19, 20 və 21-ci maddələrinin tətbiqini davam etdirəcəyik. Ukrayna və Rusiya ilə bizim yaxşı əlaqələrimiz var. Baş verənləri narahatlıqla izləyirik. Ölüm halları bizi kədərləndirir. Prezidentimiz bu barədə konkret danışıb. Bütün tariximiz ərzində olduğu kimi, bu gün də ölkələrin ərazi bütövlüklərini, suverenliklərini dəstəkləyirik. Ukrayna üçün eyni mövqedəyik. Arzumuz ən qısa zamanda məsələnin diplomatik yolla həllidir”, – deyə o qeyd edib.