Home Biznes və iqtisadiyyat xəbərləri Qazaxıstan parlamenti Məclisi deputatı Dariqa Nazarbayevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Qazaxıstan parlamenti Məclisi deputatı Dariqa Nazarbayevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

216
0
SHARE

Qazaxıstan parlamentinin Məclisi (aşağı palatası) plenar iclasda ölkənin eks-prezidentinin qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərarı təsdiqləyib.

Kazinforma agentliyi xəbər verir ki, bu gün keçirilən iclasda 101 deputatdan 99-u səsverməyə çıxarılan sənədin lehinə səs verib.

Fevralın 25-də respublikanın Mərkəzi Seçki Komissiyası Nazarbayevanın müraciəti əsasında onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı təklifi Məclisə təqdim etmək qərarına gəlib.