Rusiya Misir, Birləşmiş Ərəb Əmirlikləri və Maldiv adaları ilə beynəlxalq aviaəlaqəni bərpa edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Mixail Mişustin qərar imzalayıb.
Qərara əsasən, Rusiyadan həftədə 3 dəfə Qahirəyə, 2 dəfə Dubaya və 2 dəfə Maldivə uçuşlar keçiriləcək.
Bundan başqa, İsveçrəyə reyslərin sayı həftədə 2 dəfədən 4 dəfəyə artırılıb.