Home Biznes və iqtisadiyyat xəbərləri Blinken ABŞ-ın Rusiya ilə diplomatiyaya hazır olduğunu bildirib

Blinken ABŞ-ın Rusiya ilə diplomatiyaya hazır olduğunu bildirib

247
0
SHARE

Moskva ciddi əməkdaşlığa hazır olduğunu nümayiş etdirərsə, ABŞ hakimiyyəti Rusiya Federasiyası ilə diplomatiyada iştirak edəcək.

ABŞ Dövlət Katibi Entoni Blinken cümə günü BBC yayım korporasiyasına müsahibəsində deyib.

Ukrayna ətrafında vəziyyətin diplomatik yolla nizamlanması perspektivləri ilə bağlı sualı cavablandıran Blinken “Biz həmişə diplomatiya və dialoq üçün imkanlar axtaracağıq”, – deyə vurğulayıb.

“Bu, tamamilə Rusiya Prezidenti Vladimir Putindən və Rusiyadan asılıdır. Əgər onlar ciddi diplomatiyaya hazır olduqlarına dair hər hansı əlamətlər göstərsələr, təbii ki, biz iştirak edəcəyik. Biz həm də ukraynalı tərəfdaşlarımıza güvənirik. Onlar RF ilə danışırlar, amma bu heç nir nəticə vermir”, – Blinken qeyd edib.