Home Biznes və iqtisadiyyat xəbərləri Bu il meyvə-tərəvəz məhsullarının ixracı 21,9 milyon ABŞ dolları artıb

Bu il meyvə-tərəvəz məhsullarının ixracı 21,9 milyon ABŞ dolları artıb

217
0
SHARE

Bakı, 6 mart, AZƏRTAC

Bu ilin meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 milyon ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart nömrəsinə istinadla bildirir ki, müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4 faiz, pambıq lifi ixracı 38,3 faiz, pambıq ipliyi ixracı 35,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 16,5 faiz artıb.