Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakıya səfərə gəlib.
Bu barədə E.Nikolson özünün “Twitter” səhifəsində yazıb.
“Salam, Bakı! Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü ərəfəsində Azərbaycana qayıtdığım üçün şadam”, – deyə ticarət elçisi bildirib.