Home Cəmiyyət Nikol Paşinyan: Rəsmi Yerevanla Bakı arasında tezliklə sülh müqaviləsi imzalanmalıdır…

Nikol Paşinyan: Rəsmi Yerevanla Bakı arasında tezliklə sülh müqaviləsi imzalanmalıdır…

277
0
SHARE
Paşinyan

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Bakı ilə Yerevanın arasında tezliklə sülh müqaviləsi imzalanmalıdır.AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında bəyan edib.“Həmçinin aprelin 30-dək rəsmi Bakı və Yerevan dövlətlər arasında sərhədlərin müəyyənləşdirilməsi ilə məşğul olacaq komissiyanın üzvlərini təyin etməlidirlər”, – deyən baş nazir əlavə edib ki, bununla paralel olaraq, Azərbaycan tərəfi ilə də iş aparmaq lazımdır. N.Paşinyan, həmçinin vurğulayıb ki, Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı danışıqlarda istəklərə deyil, faktlara əsaslanaraq öz mövqeyində mümkün qədər legitim olmalıdır.