Home Cəmiyyət Gürcüstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq…

Gürcüstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq…

479
0
SHARE
Milli Məclis, Arzu Nağıyev

Milli Məclisin deputatı, Gürcüstanla parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev mayın 26-da Gürcüstanın paytaxtı Tbilisi şəhərinə yola düşəcək.Deputatımız səfər çərçivəsində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə  28 may – Azərbaycan Respublikasının Müstəqillik Gününün 104-cü ildönümünə həsr edilmiş rəsmi qəbula qatılacaq. Arzu Nağıyev tədbirdə  Azərbaycanın keçdiyi tarixi yol barədə danışacaq, müstəqillik illərində qazandığı uğurlar barədə məlumat verəcək.Rəsmi qəbulda Gürcüstanın rəhbər vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulub.

Səfər mayın 28-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi