Home Gündəm Borrell: “Aİ-nin Cənubi Qafqaz ölkələrini dəstəkləməsi hər zamankından daha vacibdir”

Borrell: “Aİ-nin Cənubi Qafqaz ölkələrini dəstəkləməsi hər zamankından daha vacibdir”

242
0
SHARE

Ukraynanın işğalı fonunda Avropa İttifaqının (Aİ) Cənubi Qafqazdakı ölkələri dəstəkləməsi hər zamankından daha vacibdir.

TAN.AZ xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin plenar sessiyasında deyib.

O bildirib ki, Aİ bu ölkələrlə tərəfdaşlığı və əlaqələri daha da gücləndirməlidir.

“Aİ bu müharibədə Ukraynanın dəstəklənməsini davam etdirir. Rusiyanın Ukraynaya qarşı qanunsuz və səbəbsiz təcavüzü kontekstində Strateji Kompas “Şərq Tərəfdaşlığı” ölkələri ilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığımızın gücləndirilməsi niyyətimizi aydın şəkildə vurğulayır. Ukrayna, Gürcüstan, Moldova və Cənubi Qafqazdakı ölkələrin dəstəklənməsi hər zamankından daha vacibdir. Biz öz tərəfdaşlığımızı dəstəkləməyə və onlarla bağların gücləndirilməsinə davam edəcəyik”, – Borrell qeyd edib.

Borrell vurğulayıb ki, Gürcüstan və Moldovaya qeyri-öldürücü hərbi yardımların artırılması ilə bağlı təklif verilib. O bildirib ki, logistika, kibertəhlükəsizlik, hərbi tibb, mühəndislik və səfərbərlik imkanları ilə bağlı yardımın artırılmasını nəzərdə tutan təklif qəbul edilməsi üçün bu ay Avropa Şurasına təqdim ediləcək.