Home Gündəm Türkiyə Prezidenti: Qardaş Azərbaycanla əməkdaşlıq içindəyik

Türkiyə Prezidenti: Qardaş Azərbaycanla əməkdaşlıq içindəyik

257
0
SHARE

Türkiyə tarixindən və mədəniyyətindən qaynaqlanan məsuliyyətini yerinə yetirir. Qarabağda və işğal altındakı digər Azərbaycan torpaqlarda 2020-ci ilin sonlarında yaşanan hadisələr zamanı qardaşlarımızın yanında yer aldıq. Erməni tərəfinin təxribatları nəticəsində başlayan 44 günlük bir mübarizənin sonunda Azərbaycanın Zəfəri ilə nəticələnən Qələbə bölgədə 30 ildir davam edən işğala son qoydu.

TAN.AZ xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimlərin İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”nə aid sonuncu mərhələdə çıxışında ifadə edib.

Türkiyənin Azərbaycana “Bir millət, iki dövlət” anlayışı ilə dəstəyini davam etdirdiyini xatırladan dövlət başçısı deyib ki, Azərbaycan Ordusunun modernləşməsi, təhsil, mina axtarışı və zərərsizləşdirilməsi məsələlərində də qardaşlarımızla yaxın əməkdaşlıq içindəyik.

Yunanıstanın Egey dənizindəki adalarda beynəlxalq hüquqa zidd olaraq sürətlə silahlanmasına kəskin ifadələrlə bir daha etirazını ifadə edən Türkiyə dövlətinin başçısı gündəlikdə yer alan digər siyasi məsələlərə, o cümlədən terrorla mübarizədə ölkəsinin dəyişməz mövqeyindən və dünyadakı ikili standartlardan danışıb.