Home Manşet Azərbaycanlı məcburi köçkünlər beynəlxalq təşkilatlardan Anna Akopyana öz münasibətlərini bildirməyi tələb edir...

Azərbaycanlı məcburi köçkünlər beynəlxalq təşkilatlardan Anna Akopyana öz münasibətlərini bildirməyi tələb edir – Deputat

530
0
SHARE

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilk növbədə onun yaranması səbəbini müəyyənləşdirməyi tələb edir. Bu səbəb isə himayədarlarının XIX əsrdə işğal etdikləri əzəli Azərbaycan torpaqlarında ilk dəfə olaraq Qafqazda XX əsrin əvvəllərində süni surətdə yaratdıqları Ermənistanın yeni ərazilərə iddiasıdır. XX əsrin sonlarında yenə də havadarlarının köməyi ilə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonunu işğal etmiş, azərbaycanlılara qarşı soyqrımlar həyata keçirmiş, etnik təmizləmə aparmışdırr. Azərbaycana qarşı Ermənistanın apardığı müharibədə xarici ölkələrdə yaşayan erməni terrorçular və muzdlular da iştirak etmişdilər.

Son aylar, xüsusilə də iyun ayından başlayaraq Ermənistan Azərbaycana qarşı yenidən hücumlarını əvvəlcə ideoloji, sonra isə hərbi istiqamətdə intesivləşdirmişdir. Nəticə də 12 iyun 2020-ci ildə Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədimiz toplardan və minatanlarda atəşə tutulmuş, igid hərbiçilərimiz şəhid olmuş, dinc sakinimiz qətlə yetirilmiş, kənd sakinlərinin evləri dağıdılmışdır.

Görəsən bu hadisələr niyə baş verir və beynəlxalq hüquq normalarına uyğun olaraq işğalçı Ermənistan cəzalandırılmır? Bəlkə Ermənistanın işğalçı olduğunu bilmirlər? Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənəd var. Güman edirəm ki, onlardan bir-neçəsinin mahiyyətinin yenidən ictimaiyyətin və Minsk Qrupu ölkələrinin diqqətinə çatdırmaq da kifayətdir. El arasında məsəl var – “Anlayana bir bəsdir, anlamayana min azdır”.

Bütün bunlar ona görə baş verir ki, Ermənistanın təcavüzünə qarşı nəinki təsirli tədbirlər görülmür, hətta BMT TŞ-nin məlum 4 qətnaməsi, beynəlxalq təşkilatların qətnamələri icra edilmir. Bəzi hallarda isə onların mahiyyəti Mnsk Qrupunun Həmsədrlərinin bəzi nümayəndələri tərəfindən, xüsusən də Vladimir Kazimirov tərəfindən təhrif edilərək dünya ictimaiyyətinə çatdırılır və bu gün də həmin proses davam etdirilir. Çox təəcüblüdür ki, BMT TŞ Azərbaycan ərazilərinin işğalını pisləyir və dərhal, qeyd-şərtsiz işğalçı qoşunların çıxarılmasını tələb edir, amma vasitəçi Vladimir Kazimirov Azərbaycanı ittiham edir, Xocalı soyqrımına haqq qazandırmağa çalışır. Belə müdafiəçisi olan işğalçı Ermənistan sülhə razı olarmı? Digər bir diplomat isə 2020-ci ilin iyun ayında Ermənistanın Tovuz istiqamətindən dövlət sərhədlərimizi pozaraq yeni əraziləri işğal etmək cəhdini kazimirovsayağı şərh edir. Onun fikrincə, Ermənistan Azərbaycanın beynəlxalq boru kəmərlərinin 15 kilometirliyində olan ona məxsus əvvəlki nəzarət-keçid məntəqələrini geri qaytarmaq üçün döyüş aparıb. Yəni yeni əraziləri, bu dəfə daha strateji ərazini işğal etmək tapşırığını yerinə yetirə bilməyib. Çünki rəşadətli Azərbaycan ordusu işğalçının başını elə öz yuvasıdaca əzdi, onun havadarlarına da dərs verdi. Təəssüf ki, yenə də bundan nəticə çıxarmayanlar bölgəyə sülh daşımaq, Ermənistanı qınamaq əvəzinə onlara müxtəlif istiqamətlərdən, amma bir mənbədən min tonlarla silah daşıdılar və daşıyırlar.

BMT TŞ-nin 29 iyul 1993-cü ildə qəbul etdiyi 853 saylı Qətnaməsində deyilir ki, “Azərbaycanın və bölgədəki bütün digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsdiq edərək, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək;

1. Ağdam rayonunun və Azərbaycan Respublikasının son vaxtlar işğal olunmuş bütün digər bölgələrinin ələ keçirilməsini pisləyir;
2. Həm də bölgədəki bütün düşmənçilik hərəkətlərini, xüsusən mülki vətəndaşlara hücumları və yaşayış məntəqələrini bombalamaq və gülləbaran etməyi pisləyir;
3. Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını və münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam bölgəsindən və Azərbaycanın işğal olunmuş digər bütün bölgələrindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir”. Həmin Qətnamənin 10-cu bəndində isə deyilir ki, “Dövlətləri münaqişənin artmasına və ya ərazinin işğalının davam etdirilməsinə səbəb ola biləcək hər hansı bir silah və hərbi texnika tədarük etməkdən çəkinməyə çağırır”. Burada açıq-aydın qey edilir ki, işğalçını qətiyyən silahlandırmaq olmaz. Amma Ermənistan təpədən-dırnağa qədər silahlandırılır. Buradan da aydın görünür ki, vasitəçilər bir çox hallarda Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe tuturlar. Bununla yanaşı həm də onlar işğalçı Ermənistanı ən müasir hücum silahları ilə tam təmin edərək yeni müharibəyə şirnikləndirirlər. Eyni zamanda son vaxtlar Suriya, Livan, İraq və digər ölkələrdən erməni terroristlərin qaçqın adı altında gətirilərək Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonda məskunlaşdırılmasına göz yumurlar. Halbuki AŞPA-nın 2002-ci ildə qəbul etdiyi “Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və köçkünlərin vəziyyəti” haqqındakı sənəddə deyilir ki, “570 000 məcburi köçkün əhali…1990 – 93-cü illər arasında Azərbaycan və Ermənistan arasındakı şiddətli qarşıdurmadan sonra Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər səkkiz bölgədən (Azərbaycan ərazilərinin 20% -i) bir neçə dalğada gəlmişlər”. Və Ermənistandan tələb edilir ki, “işğal edilmiş ərazilərdə məcburi küçkün və qaçqınlar yerləşdirilməsin”.

Avropa Parlamentinin Cənubi Qafqaz üçün AB strategiyasına ehtiyac barədə 20 May 2010-cu il tarixli qərarının 8-ci bəndində isə deyilir ki, “Dağlıq Qarabağ müharibəsi zamanı və ya bununla əlaqədar olaraq evlərini tərk etmiş yüz minlərlə qaçqın və məcburi köçkünün məcburi köçkün qalmasından və geri qayıtmaq hüququ, mülkiyyət hüququ və şəxsi təhlükəsizlik hüququ daxil olmaqla hüquqlarından məhrum edilməsindən ciddi şəkildə narahatdır; bütün tərəfləri birmənalı və qeyd-şərtsiz bu hüquqları, onların dərhal həyata keçirilməsini və beynəlxalq hüququn prinsiplərinə hörmət edən bu problemin operativ həllini tələb etməyə çağırır; bu baxımdan, keçid dövründə lazımi təhlükəsizlik zəmanətlərini təmin etmək üçün beynəlxalq qüvvələrin BMT Nizamnaməsinə uyğun olaraq təşkil edilməsi ilə müşayiət olunan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir”. Amma bütün bunlara nə Ermənistan məhəl qoyur, nə də Minsk Qrupunun Həmsədləri.

Məhz elə buna görədir ki, Ermənistanın yeni populist qeyri-cidid siyasətçi imici qazanmış Paşinyan və onun “sürüşkən diplomat” adını qazanmış Xarici İşlər naziri Mnasakyan və bu trionu tamamlayan və üçlüyün qara biznesini nəzarətsiz zona olan işğal edilmiş Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Araik əldə Madrid prinsiplərinin üzərindən xətt çəkilməsi üçün hər gün bir cildə girirlər. Amma hansı cildə girmələrindən asılı olmayaraq onların antidemokratik, işğalçı mahiyyəti dəyişmir. Paşinyanın quzu cildinə girib anaları sülhə çağıran həyat yoldaşının Azərbaycanın işğal edilmiş ərazilərində hərbi geyimdə iriçaplı pulemyotla azərbaycanlı uşaqları, qadınları və qocaları nişangaha alması onların azərbaycanlılara qarşı növbəti soyqrımı planı hazırladıqlarından xəbər verir. “Madam-madmuazel” Anna Akopyan 25-31 avqust 2020-ci ildə özükimi qadınları da yığaraq Azərbaycanın işğal altındakı Xocalı şəhəri yaxınlığında hərbi təlimlər təşkil etmişdir. Əlbəttə, burada məqsəd yeni “Xocalı soyqrımı” mesajı vermək və dünyaya meydan oxumaqdır. Əvvəl oğlunu göndərir, sonra isə “ana cildinə” girərək azərbaycanlılara qarşı silah nümayiş etdir. Bu, açıq-açığına müharibəyə, daha doğrusu yeni ərazilərin işğalına çağırışdır. Dağlıq Qarabağ və onun ətrafında işğal edilmiş 7 rayondan məcburi köçkün düşmüş 759.000 insan Minsk Qrupunun həmsədrlərindən, BMT-dən, ATƏT-dən və digərlərindən əlində iriçaplı pulemyot hərbi təlim təşkil edən Anna Akopyana öz münasibətlərini bildirməyi tələb edir.

Onların buna cəsarəti catacağını, terroçulara dəstək verməkdən əl çəkəcəklərini deyə bilmərəm. Amma tam qətiyyətlə deyə bilərəm ki, Qüdrətli Azərbaycan Ordusu BMT TŞ-nin və digər beynəlxalq təşkilatların qətnamələrini əzmlə yerinə yetirərək işğal edilmiş ərazilərimizi azad edəcək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edəcək işğalçıya yerini göstərəcək və bununlada Cənubi Qafqaza sül, əminamalıq gətirəcək, xalqların birgəyaşayışını təmin edəcəkdir.

Bəxtiyar Əliyev,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri