Akademik “M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə 17 İyun Tibb İşçilərinin Peşə bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra hakimiyyəti başçısı Elşad Həsənov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyəti, Milli Məclisin deputatları, Yasamal Rayon Yeni Azərbaycan Partiyasının heyət üzvləri və digər qonaqlar iştirak edib.Tədbirdən öncə xəstəxana rəhbərliyi və kolektivi Fəxri xiyabanı, Şəhidlər xiyabanını ziyarət edib.Tədbir Azərbaycan Respublikasının Himni ,Ulu Öndərin Səhiyyə İşçiləri haqqında səsləndirdiyi dəyərli fikirlər və şəhidlərimizin əziz xatirəsinin sükutla yad edilməsilə başlayıb. Daha sonra Respublika Klinik Xəstəxanasının tanıtım filmi nümayiş olunub. Tanıtım filmində xəstəxanın İcbari Tibbi Sığortanın tətbiqi ilə daha da gücləndirilmiş peşəkar personalından, inzibati idarəetmədən, modern tibbi avadanıqlarla tətbiq edilən müasir müayinə-müəlicə üsullarından və.s bəhs edilib. Tədbirdə Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov, Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov , TƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Milli Məclisin deputatları Elnur Allahverdiyev, İlham Məmmədov çıxış edib və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması ,səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi, daim diqqət mərkəzində saxlanılması, sürətlə müasirləşən milli səhiyyə sistemindən, İcbari Tibbi Sığortanın tətbiqi ilə “Xidmətlər Zərfi” çərçivəsində tam ödənişsiz olan tibb xidmətlərindən əhalinin yüksək səviyyədə yararlanması haqqında fikirlər səsləndirilib.İstər Covid-19 infeksiyası zamanı, istər 44 günlük vətən müharibəsi zamanı canları bahasına peşəkarcasına çalışan səhiyyə işçilərinin əziyyətlərinin əvəzsiz olduğu xüsusi olaraq vurğulanıb. Tədbir tibb işçilərinin təltif etmə mərasimi ilə başa çatıb.