İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TAN.AZ-a bildirilib ki, tədbir Parlamentlərarası İttifaqın və Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə keçirilir.
Sahibə Qafarovanın da çıxış edəcəyi konfransda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcəklər.